Polşa səfirliyi Azərbaycandakı vətəndaşlarının təxliyyəsi barədə xəbərdarlıq etdi

  • By admin
  • 24 Mart 2020 13:14

Polşa səfirliyi Azərbaycandakı vətəndaşlarının təxliyyəsi barədə xəbərdarlıq etdi

Azərbaycanda olan Polşa vətəndaşları xüsusi reyslə ölkələrinə yola salınacaq.

Gununsesi.org bildirir ki, bu barədə həmin ölkənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında məlumat verilib.

Bildirilir ki, martın 27-nə nəzərdə tutulan Bakı-Varşava xüsusi reysi ilə Polşa vətəndaşlarının, diplomatlarının və yük daşınması ilə məşğul olan əcnəbilərin həyat yoldaşları və uşaqları təxliyyə ediləcək.

Qeyd edək ki, Polşa vətəndaşları biletləri www.lot.com saytından əldə edə bilərlər.

Gununsesi.org