Polşada silahlı insident - ÖLƏN VAR

  • By admin
  • 30 Noyabr 2017 18:58

Polşada hərbi bazaların birində atışma baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Yerli radio stansiyanın yaydığı xəbərə görə, bazada növbə dəyişməsi zamanı hərbçilərdən biri digərinə səhvən atəş açıb.

Atəş nəticəsində yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

İnsidentlə bağlı araşdırma başlayıb.

Gununsesi.info