Pomidor suyu ilə bağlı mühüm araşdırma: BU XƏSTƏLİYİN qarşısını alır

  • By admin
  • 01 Fevral 2024 08:23

Kornell Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, pomidor suyu həzm və sidik yollarının sağlamlığına zərər verən Salmonella typhi və digər bakteriyaları effektiv şəkildə aradan qaldırır. Bu xəstəlik hər il dünyada 200 min nəfərin ölümə səbəb olur.

Gununsesi.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Techexplorist” saytı yazıb.

Kornell Universitetinin Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Jeongmin Song deyib:

“Araşdırmamız göstərdi ki, pomidor və pomidor suyu Salmonella kimi bağırsaq bakteriyalarını öldürür”.

Tədqiqatın təfərrüatları Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən nəşr olunan “Microbiology Spectrum” qəzetində dərc olunub.

Gununsesi.info