Poroşenko artıq Bakıdadır

  • By admin
  • 13 İyul 2016 23:15

poro

Ukraynanın Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info