Poroşenko Donbasda döyüşən generalı İrəvana göndərdi

  • Müəllif: admin
  • 20 İyun 2018 17:03

Ukrayna Prezidenti Pyotr Poroşenko Ermənistana yeni fövqəladə və səlahiyyətli səfir təyin olunması barədə sərəncam imzalayıb.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Litvin Pyotr Mixayloviç Ukraynanın Ermənistandakı diplomatik missiyasının rəhbəri təyin edilib.

Son bir neçə ildə Litvin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci Ordu Korpusuna rəhbərlik edib. O, həmçinin Donbasda baş tutan hərbi əməliyyatlarda iştirak edib.

Pyotr Litvinin böyük qardaşı 2008-2012-ci illərdə Ukrayna Ali Radasının spikeri olub. Onun digər qardaşı Nikolay Litvin isə Ukrayna ordusunun generalıdır, 2003-2014-cü illərdə Ukrayna Dövlət Sərhəd Xidmətinə rəhbərlik edib.