Poroşenko Trampı Reyqanla müqayisə etdi

  • By admin
  • 21 İyun 2017 13:06
porosenko3
“Necə ki, Ronald Reyqan bir gülləsiz soyuq müharibədən qələbə ilə çıxdısa,  Donald Tramp da indiki mürəkkəb şəraitdə dünyaya sülh gətirə bilər. Mən buna inanıram”. 
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın prezidenti Pyotr Poroşenko Fox News-a açıqlamasında ABŞ prezidenti Donald Tramp haqqında mövqeyini açıqlayarkən deyib. 
Ukrayna pezidenti  ümid edirəm ki, Donald Tramp Donbas münaqişəsinin həllinə öz töhfəsini verəcək: “Mən qətəyyətlə deyə bilərəm ki, prezident Tramp  xarizmatik şəxsiyyət və sözün əsl mənasında həqiqi liderdir. Onun  Donbas probleminin həllinə töhfə verəcəyinə əminəm”.
Gununsesi.info