Poroşenkonu Kiyevdə qarşılayanlar arasında azərbaycanlılar da olub -FOTOLAR

  • By admin
  • 17 Yanvar 2022 21:18

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun Polşa paytaxtı Varşavadan Kiyevə gəlişi dünya mediasının əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, sabiq prezidenti Kiyev hava limanında  çoxsaylı tərəfdarları , deputatlar və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri qarşılayıb.

Gununsesi.info-nun xəbərinə görə, Poroşenkonu hava limanında qarşılayanlar arasında Krım tatarlarının lideri, deputat Mustafa Cəmiloğlu və bir qrup azərbaycanlı da olub.

Tanınmış siyasi fəal Yalçın Qəhrəmanoğlu Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

Yalçın Qəhrəmanoğlunun sözlərinə görə, bu ölkədə yaşayan soydaşlarımız Ukraynanın ictimai-siyasi həyatında fəaldırlar:

”2014-cü ildən etibarən təşkilatlnmağa başladıq. Məni də təşəbbüs qrupunun rəhbəri kimi seçdilər. Biz öz fəaliyyətimizi Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə koordinasiya edirik. Onun məsləhətləri bizim üçün hər zaman önəmli olub. Bu gün Mustafa bəylə yanaşı biz də Poroşenkonu dəstəkləmək üçün hava limanına getdik”.

Gununsesi.info