Portuqaliya yanır: 25 ölü

  • Müəllif: admin
  • 18 İyun 2017 13:16

portu

 

Portuqaliyanın Pedroqao Qrande əyalətini dəhşətli yanğınlar bürüyüb.

Axar.az xəbər verir ki, yanğınlar nəticəsində 25 nəfər ölüb, 16 nəfər yaralanıb.

Rəsmilər ölənlərin əksəriyyətinin avtomobillərinin içindəcə yandığını bildiriblər.

Yüzlərlə yanğınsöndürən dünəndən bəri yanğını söndürmək üçün səfərbər edilib. Alovların sürətlə yayılması yanğnının söndürülməsini çətinləşdirir.

Portuqaliya baş naziri Antonio Kosta verdiyi açıqlamasında bunu böyük faciə adlandırıb və ölənlərin sayının arta biləcəyini deyib.

 

Gununsesi.info