Prezident Əli Hüseynovun bacanağına yüksək vəzifə verdi - O, QARADAĞ RAYON MƏHKƏMƏSİNİN SƏDRİ TƏYİN OLUNDU

  • By admin
  • 18 Oktyabr 2017 11:24
ali-huseynli-1
Xəbər verdiyimiz kimi, oktyabrın 16-da prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, unikal.org-un  əldə etdiyi məlumata görə, təyinatda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun bacanağı Hacıyev Sədrəddin Abuzər oğlu da var.
Belə ki, S.Hacıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri vəzifəsinə təyinat alıb.
Gununsesi.info