Prezident Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub

  • By admin
  • 13 Fevral 2022 16:35

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

Gununsesi.info-nun məlumatına görə, səfər çərçivəsində dövlət başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

 

Gununsesi.info