Prezident deputatların hamısını təltif etdi - FOTO

  • By admin
  • 03 İyul 2019 16:30

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatlarının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədri Səməd Seyidov öz Facebook səhifəsində məlumat verilib.

Xatırladaq ki,  ötən il təsis olunan bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunur.