Prezident dövlət agentliyinə 7,8 milyon manat ayırdı

  • By admin
  • 29 Mart 2023 14:23

Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu – Kürdəmir – Bəhrəmtəpə (19 km) – Ərəbmehdibəy – Dədəli – Qasımbəyli – Xəlilli – Mustafalı – Göydəlləkli – Təklə – Dəlilər – Qaraqoyunlu – Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info bildirir ki, bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu – Kürdəmir – Bəhrəmtəpə (19 km) – Ərəbmehdibəy – Dədəli – Qasımbəyli – Xəlilli – Mustafalı – Göydəlləkli – Təklə – Dəlilər – Qaraqoyunlu – Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon manat ayrılıb.

Gununsesi.info