Prezident hamamda yıxıldı, burnu sındı

  • By admin
  • 14 Oktyabr 2017 10:55

1506822933

İslandiya prezidenti Qvyudni Youhannesson burnunu sındırıb.

Gununsesi. info xəbər verir ki, bu barədə prezident öz facebook səhifəsində yazıb.

O qeyd edib ki, vanna qəbul edərkən yıxılıb və burnu sınıb: “Ötən gecə qəbul etdiyim isti və rahat olan vanna, həddən ziyadə isti və rahat oldu”.

O əlavə edib ki, vannadan çıxan zaman ayağı yıxılıb və əzilib.

Prezidenti təcili olaraq xəstəxanaya aparıblar və orada onun burnunun sındığı bəlli olub. Xəstəxanada prezdentin yaraları tikilib.

Hazırda ölkə başçısı özünü yaxşı hiss edir.

Gununsesi.info