Prezident Lüksemburqun Böyük Hersoquna məktub göndərib

  • By admin
  • 22 İyun 2018 17:19

Prezident Lüksemburqun Böyük Hersoquna məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:
“Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Gununsesi.info