Prezident pakistanlı həmkarına başsağlığı verdi

  • By admin
  • 08 Dekabr 2016 16:13

pakistan-bayragi-476129703133775557757

Ölkə Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.info