Prezident seçkiləri üçün daha bir namizəd qeydə alınıb - RUSİYADA

  • By admin
  • 08 Fevral 2018 21:20

Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident seçkiləri üçün daha bir namizədi qeydə alıb.

Gununsesi.info xəbər verir ki, “Rusiya kommunistləri” partiyasının Mərkəzi komitəsinin sədri Maksim Suraykin prezidentliyə səkkizinci və sonuncu namizəd olub.

Bugünədək hazırkı prezident Vladimir Putin, Vladimir Jirinovski, Pavel Qrudinin, Qriqori Yavlinski, Boris Titov, Sergey Baburin, Kseniya Sobçakın namizədlikləri qeydə alınıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Gununsesi.info