Prezident Tramp impiçment barədə: “Prosesin dərhal başlamasını istəyirəm!”

  • By admin
  • 20 Dekabr 2019 16:23

ABŞ prezidenti Donald Tramp Senatda dərhal  impiçment(vəzifədən uzaqlaşdırma) prosesinin başlanmasını tələb edib.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə o özünün “Twitter”dəki səhifəsində yazıb.

“Demokratlar Nümayəndələr Palatasında məni lazımi prosesi təmin etmədikdən sonra nə vəkillər, nə də şahidlər, heç nə yoxdur. İndi Senata prosesi necə aparmaq lazım olduğunu diktə etmək istəyirlər. Əslində onların dəlilləri sıfırdır, hətta özlərini belə göstərməyəcəklər. Onlar tərəf qalmaq istəyirlər. Prosesin dərhal başlamasını istəyirəm! ” – ABŞ lideri deyib.

Gununsesi.org