Prezident və yüksəkçinli məmurlar bu məntəqələrdə səs verəcək

  • Müəllif: admin
  • 10 Aprel 2018 15:10

Azərbaycanda  keçirilən seçkilərdə Azərbaycanın yüksəkçinli məmurlarının hansı seçki məntəqlərində səs verməsi cəmiyyət üçün maraqlı olduğundan  hər zaman medianın diqqət mərkəzində olur.

Gununsesi.info ictimaiyyətin  marağını nəzərər alaraq aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərində məmurlaırn hansı seçki məntəqələrində səsverəcəyi barədə bilgi əldə edib.

Sabah Prezident İlham Əliyev  ailə üzvləri ilə birgə  saat 10.00-da 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində  səs verəcək.

Baş nazir Artur Rasizadə  Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsində, Milli Məclisinin sədri Oqtay Əsədov  23 saylı Nəsimi-Səbayel Dairə Seçki Komissiyasının 22 saylı məntəqəsində, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal üçüncü seçki dairəsi, 1 saylı məntəqəsində səs verəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev isə  20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verəcək. Nəqliyyat,  rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də eyni məntəqədə səs verəcək.

Baş nazirin müavini İsmət Abasov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə 9 saylı Binəqədi ikinci seçki dairəsinin 31 saylı məntəqəsində səs verəcək.

Səs vermə anı yerli vəxarici KİV nümayəndələri tərəfindən izlənəcək.  Səsvermədən sonra məmurlar KİV nümayəndələrinin seçki prosesi ilə bağlı suallarını cavablandıracaqlar.

Mürtəza

Gununsesi.info