Prezident Vuçiç: “Serbiya nə NATO, nə də KTMT-yə qoşulmayacaq”

  • By admin
  • 22 Noyabr 2019 11:21

“Serbiya hərbi neytrallıq siyasətinə sadiq qalacaq və nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayacaq”.

Gununsesi.org “Report”-a  istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında deyib.

“Rusiyaya münasibətdə siyasətimizi dəyişməyəcəyik, qardaş münasibətlərimizdə qalacağıq.

Lakin nə NATO-ya, nə də KTMT-ya qoşulmayacağıq. Baş verənlər ( “casus qalmaqalı” Rusiyanın Serbiyadakı hərbi attaşesinin nümayəndəsi ilə əlaqəli hadisə) bizim hərbi neytrallıq və müstəqillik mövqelərimizi daha da gücləndirdi”.

Gununsesi.org