Prezidentdən hakimlə bağlı - SƏRƏNCAM

  • Müəllif: admin
  • 27 Dekabr 2017 18:24

Azərbaycan prezidenti İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, R.Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, R. Qvaladze 14 iyul 1998-ci ildə Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Gununsesi.info