Prezidenti fitə basdılar - QAÇDI

  • By admin
  • 18 Mart 2019 09:08

 

Serbiya Prezidenti Aleksandr Vuçiç bir qrup vətəndaşın davamlı fit və təhqirlərindən dolayı öz iqamətgahı – “Andriçev venaç”ı tərk edib.

Axar.az xəbər verir ki, prezidentin sarayı tərk etmə anını Serbiya televiziyaları lentə alıb.

Belə ki, iqamətgahın yaxınlığına toplaşan insanlar Vuçiçin ünvanına “Yalançı”, “Oğru” və olduqca qeyri-etik ifadələr səsləndiriblər.

Prezident də öz növbəsində ətrafa toplaşanlara bir neçə dəqiqəlik qulaq asıb, onlara uğurlar arzu edərək xidməti avtomobili ilə ərazini tərk edib.

Qeyd edək ki, bundan öncə A.Vuçiç Belqradda iğtişaş törədən şəxslərin cəzalandırılacağını bəyan etmişdi.