Prezidentin qızı bayrama belə hazırlaşır  -Foto

  • By admin
  • 11 Mart 2017 22:45

p

 

ABŞ prezidenti Donald Trampın böyük qızı İvanka Tramp Cared Kuşneraya ərə getmək üçün yəhudi dinini qəbul edib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün adını dəyişib Yael qoyan İvanka bütün yəhudi adət-ənənələrinə əməl edir. O, hətta övladlarını da bu adətlərə uyğun böyüdür.

Prezident qızı yəhudilərin məşhur Purim bayramına hazırlaşır. Purim yəhudilərin qurtuluş bayramıdır. Bu il bayram martın 11-də başlayıb və 12-də başa çatacaq.

Həmin gün yəhudilər bayram masası açır, evdə şənliklər təşkil edirlər. İvanka övladları üçün şirniyyatlar bişirib, yeməklər hazırlayıb. O, uşaqları ilə mətbəxdə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

m

Gununsesi.info