Prezidentin qızının məhkəməsi yenidən təxirə salındı

  • By admin
  • 03 Avqust 2016 15:53
kerimova
Prezident qızının “bir milyardlıq” məhkəmə prosesi təxirə salındı. Nyu-York Məhkəməsi Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın maxinasiya yolu ilə əldə etdiyi və xarici ölkə banklarında dondurulmuş bir milyardlıq pulla bağlı məhkəmə prosesini yenidən təxirə salıb. Ekspertlər məhkəmə prosesinin yenidən təxirə salınmasının əsas səbəbini Vaşinqtonun Özbəkistan rəhbərinə xoş bir mesaj kimi dəyərləndirirlər. Ekspertlər hesab edir ki, bu yolla Ağ Ev İslam Kərimovla müəyyən razılaşmalara nail olmağa çalışır.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Nyu-York Məhkəməsi Gülnarə Kərimovanın xarici banklarda dondurulmuş bank hesablarının konfiskasiyası ilə bağlı məsələyə iyulun 31-də baxmalı idi, ancaq sonda məhkəmə baxışı oktyabr ayının sonunadək təxirə salınıb. Belə ki, Nyu-York Federal Məhkəməsinin hakimi Endryu Karter ABŞ və Özbəkistan hakimiyyətinin xahişi ilə məhkəmə baxışına 3 ay ara verib.
Qeyd edək ki, Nyu-York Məhkəməsi maxinasiya yoli ilə əldə edilən bir milyard dolların geri qaytarılmasını tələb edir. Məhkəmənin qərarı ilə həbs qoyulan bank hesablarının 550 milyonu İsveçrə, yerdə qalan 300 milyon dolları isə ABŞ, İrlandiya, Lüksemburq və Belçika banklarındadır. Ümumlikdə 850 milyon dollar vəsaitə həbs qoyulub. Bu vəsaitlər əsasən maxinasiya yolu ilə beynəlxalq mobil telefon operator şirkətləri olan – Vimpelcom, MTC, TeliaSonera və digrə şirkətlərdən əldə edilib. Ekspertlərin fikrincə məhkəmə prosesinin təxirə salınmasının arxasında siyassi məqsəd dayanır. Politoloq, Mərkəzi Asiya üzrə mütəxəssis Arkadiy Dubnov hesab edir ki, məhkəmənin təxirə salınmasının arxasında təkcə pul məsələsi deyil: “Bu yolla Ağ Ev Daşkəndə məsələyə loyallığını nümaiyş etdirməklə, əməkdaşlıqda maraqlı olduğu mesajını verir. Yəni, bu yolla Ağ Ev kompromisə gedib qarşılıqlı formada əməkdaşlığı müzakirə etməyə hazırdır”.
Mürtəza
Gununsesi.info