Prezidentin şəkli kazino reklamında

  • By admin
  • 29 Avqust 2019 09:19

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüntüsü qanunsuz şəkildə onlayn-kazino reklamında istifadə edilib. Gununsesi.org-un məlumatına görə, bu barədə onun mətbuat katibi Berik Kurmanqali Feysbuk hesabında yazıb.

“Rəsmi şəkildə bəyan etmək istəyirəm ki, ölkə başçısının bu reklama heç bir aidiyyatı yoxdur, onun fotoları isə qeyri-qanuni istifadə edilib”, – Kurmanqali qeyd edib.

Mətbuat katibi ümid edib ki, hüquq mühafizə orqanları məsələni həll edəcək.

Kurmanqali sosial şəbəkələri reklam paylaşımlarına daha məsuliyyətli yanaşmağa və kiminsə görüntülərinin qeyri-qanuni istifadə olunmamasına yol verməməyə çağırıb.

Gununsesi.org