
Özbəkistan prezidenti İslam Kərimovun sağlıq durumu həddən artıq ağırdır.
Gununsesi.info “RİA -Novosti”-yə istinadən istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Nazirlər Kabinetinin açıqlamasında bildirilir.
“Çox təəssüflə bildiririk ki, ötən sutka ərzində prezidentimizin səhhəti qəfil pisləşib, həkimlərin fikrincə, onun səhhəti həddən artıq ağırdır” – deyə, Özbəkistan Nazirlər Kabinetinin yerli mətbuatda dərc olunmuş məlumatında qeyd olunub.
Hətta, “ferganenews” informasiya portalı isə atrıq İslam Kərimovun dünyasını dəyişdiyi və sentyabrın 3-də öz doğma yurdu Səmərqınddə dəfn olunacağı barədə məlumat yayıb.
Gununsesi.info
|
Нажмите здесь, чтобы Ответить или Переслать
|












