Prezidentin tətilindən danışdı, işdən qovuldu

  • By admin
  • 30 Avqust 2019 10:52

ABŞ Prezidenti Donald Trampın şəxsi köməkçisi Madlen Vesterhut istefaya getmək məcburiyyətində qalıb.

Gununsesi.org  xəbər verir ki, bu barədə “The New York Times” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

 Mənbələrin sözlərinə görə, Trampın hakimiyyətə gəldiyi ilk gündən onun köməkçisi vəzifəsini icra edən Vesterhut avqustun 29-da işdən qovulub. Buna səbəb isə onun Nyu-Cersidə jurnalistlərlə söhbətində Prezidentin tətilinin təfərrüaatları barədə məlumat verməsi olub.

Gununsesi.org