Prezidentlərin görüş yeri təyin olundu?

  • By admin
  • 03 Avqust 2016 16:52

hemsedir

 

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər”.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, , davamlı sülhün əldə edilməsinin yolu danışıqlar prosesindən keçir.

Onun sözlərinə görə, heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz: “Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” – deyə, C. Uorlik qeyd edib.

Xəyalə Xanəziz

Gununsesi.info