Prezidentlərin görüşü barədə məlumat yalan çıxdı - RUSİYA TƏKZİB ETDİ

  • By admin
  • 20 İyul 2017 15:18
59709ae374ddf_Eliyev-Sarksyan-16
“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyən edilməyib”.
Gununsesi.info “Trend”ə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.
O qeyd edib ki, bundan əvvəl “İzvestiya” qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:
“ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələrində dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib”.
Gununsesi.info