“Problem həll edən” pişik 320 min dollara satışa çıxarıldı

  • By admin
  • 17 Yanvar 2020 19:59
Rusiyanın Novorossiysk şəhərində bir adam yaşadığı problemlərin həllinə kömək edərək tövsiyələr verən və şəfalı olduğunu iddia etdiyi pişiyini 320 min dollara satışa çıxarıb. 
Gununsesi.org xəbər verir ki, Georgiy adlı şəxs sosial mediada qeyri-adi gücləri olduğunu iddia etdiyi pişiklə iki il əvvəl Sibirdə bir loğmanın məzarında qarşılaşdığını və evə qayıdarkən pişiyin onun arxasınca gəldiyini deyib.
Bunun bir işarə ola biləcəyini düşündüyü üçün pişiyi də özü ilə gətirən adam o vaxtdan bəri həyatında bir çox müsbət dəyişikliklər yarandığını və ağır xəstəliyində ciddi dərəcədə irəliləyiş olduğunu deyib.
“Bir şübhəyə düşdüyümdə mütləq bir yuxu görürəm və yuxuda nə etmək lazım olduğu söylənilir” deyən Georgiy pişiyi satma səbəbini bu şəkildə açıqlayıb: Pişik yuxuda mənə onu satıb qazandığım pulu xeyriyyə işlərinə və ehtiyacı olan birinə verməyimi söylədi. Mən də onu satmağa qərar verdim”
Gununsesi.org