Elşad Xosenin dünən “Maşın” şoudan əməkdar artist Mehriban Xanlarovanı uzaqlaşdırması qərarı ilə razılaşmayanlardan biri də prodüser Sultandır.
Gununsesi.info xəbərçi.az-a istinadən sizə prodüserin sosial şəbəkədə Elşad Xoseni necə rüsvay etməsini təqdim edir:
“Danışmayacaqdım, amma susmayacam …
Dünən “Maşın” şoudan Mehriban Xanlarovanı Elşad Xosesiz uzaqlaşdırdı. Bəli, oyundu və qanun qaydaya görə bir nəfəri maşından uzaqlaşdırmaq lazımdır. Amma sən Elşad Xosesiz bir düşünməli idin ki, niyə Mehriban xanımı uzaqlaşdırırsan. Guya sən öz aləmində zorsan da… Xeyr sənin zatən aləmin yoxdu, sənin aləmin yalnız narkomanlıqdı, alfonsluqdu, evli qadınla yaşayıb alfonsluq etməkdir. İndi bir az ötən tarixə baxaq: Hüseyn Dərya rəhmətlik meydana gəldi, bütün repçiləri sildi. Sən Xose zamanında Röyaya yalvardın ki, gəl duet oxuyaq (Gəl danış), oxudunuz, xanımın hesabına gündəmə gəldin. Sonra özüm canlı şahidəm Murad Dadaşov səni “Maşın” şoudan qovdu (reklam arası), Muradın qardaşı Fəridlə studiyanın məhləsində söyüşdünüz və Sən Xose qorxudan aradan çıxdın. Yaşıl teatrda konsertin olacaqdı, niyə təxirə salındı?
Mehriban Xanlarova Azərbaycan Respublikasının əməkdar artistidi və Azərbaycan musiqisini dünyada təbliğ edən dünya şöhrətli Zeynəb Xanlarovanın qardaşı qızıdır. Sən isə heç kimsən!
Mehriban Xanlarovaya Allah maşın da yetirəcək, pul da, çünki o xanım o qədər qeyrətli, şərəfli, kasıblara, xəstələrə ehtiyacı olan insanlara imkanı qədər dəstək olan bir anadı. Sən isə küçələrdə yatan vicdansız, şərəfsiz, ucuz narkomansan!”.
Gununsesi.info