Prokurorluq prezident qızının mülkiyyətinin konfiskasiya edilməsini tələb edir

  • By admin
  • 09 İyul 2016 14:05

kerimova

 

Prokurorluq  prezidentin qızına məxsus şirkətin mülkiyyətinin konfiskasiya edilməsi barədə məhkəməyə müracitə edib. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya prokurorluğu iyulun 6-da Amsterdam məhkəməsindən Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya məxsus “Takilant” şirkətinin mülkiyyətini konfiskasiya edilməsini xahiş edib. “Takilant” şirkəti skandinaviyanın TeliaSonera operatoru ilə əlaqəlidir. Hazırda bu şirkət Telia AB Company kimi məhşurdur.

Qeyd edək ki, 2012-ci ilin payızından etibarən Hollandiya, İsveçrə, ABŞ və İsveş prokuroraturası telekommunikasiya bazarında Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova ilə əlaqədə şübhəli məqamları araşdırmaqla məşğuldur. 2015-ci ilin martında Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya təhqiqat Mərkəzi (Organized Crime and Corruption Reporting Project, OCCRP) Gülnarə Kərimova barəsində apardığı hesabatı açıqlayıb. Hesabatda bəlli oliub ki, G. Kərimova Özbəkistanın telekommunikasiya sahəsinə nəzarət edib və bir neçə dünya səviyyəli bir neçə şirkətdən rüşvət alıb.

OCCRP-nin əldə etdiyi maliyyə sənədlərinə görə, TeliaSonera G. Kərimovaya $381 mln bundan əlavə olaraq $75 mln ödəyəcəyinə söz verib. G. Kərimova Vimpelcom və Alfa Telecom-dan $176 mln alıb. MTS şirkəti isə G. Kərimovanın hesabına $350 mln köçürüb. Bütün bu əldə olunan razlaşmalardan G. Kərimova ümumilikdə 980 mln dollar qazanıb. Hollandiya prokurorluğu bildirir ki, G. Kərimova 2007-2015-ci illərdə Vimpelcom şirkətinin törəmə şirkəti olan Uniteldən 385 mln dollar rüşvət alıb. 2015-ci ilin avqust ayında isə ABŞ İrlandiya, Belçika, Lüksemburq, İsveş və İsveçrəyə G. Kərimovaya telekommunikasiya bazarında razılaşmalar əsasında əldə etdiyi ümumilikdə 1 mlrd dollara yaxın vəsaitə həbs qoyulması barədə xahişlə müraciət edib.

 

Mürətza