Prokurorluq ATV əməkdaşlarının döyülməsi barədə: “İstintaq davam edir” - ÖZƏL

  • By admin
  • 13 İyun 2016 14:18

ATV LOGO

 

“Həmin faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir, müəyyən nəticələr var”. Bu haqda Gununsesi.info-ya Şamaxı rayon prokrorlugunda qaldırılan cinayət işini aparan Tural adlı müstəntiq bildirib.

O qeyd edib ki, qanunla cinayət işinin istintaqı 3 ay müddətində yekunlaşmalıdır: “Hələ ki, istintaq davam edir. İstintaq yekunlaşdırılanda fakt üzrə açıqlama veriləcək. Tədqiqat işi üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib” – , deyə o vurğulayıb.

Qeyd edək ki, iyunun 4-də saat 19:00 radələrində ATV-nin əməkdaşlarıyla Şamaxıda “Şamaxı” restoranında “Yoxlama” layihəsi çərçivəsində çəkiliş zamanı iaşə obyektinin sahibiyl arasında insident yaşanmışdı. Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə “Şamaxı” yeməkxanasında icazəsiz çəkiliş apardıqları üçün döyülüblər. Obyektin sahibi Hüseyn Allahverdiyev ATV-nin əməkdaşlarını “reket”likdə ittiham edərək şikayət edib. Baş vermiş dava ilə bağlı toplanmış materiallar Şamaxı Rayon Prokurorluğuna göndərilib.Prokurorluqdan məlumatı təsdiqləyərək bildiriblər ki, cinayət işinin açılması məsələsi təhqiqatın nəticələrindən asılı olaraq həll ediləcək.

Xatırladaq ki, telekanal özü bununla bağlı heç bir bəyanatla çıxış etməyib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Gülnaz Qənbərli