Psixi xəstə gecəyarı nənəsinə hücum edib - 79 YAŞLI QADINI VƏHŞİCƏSİNƏ DÖYÜB ÖLDÜRÜB

  • By admin
  • 06 Mart 2017 20:35

neve nenesini oldurdu

İzmirin Karabağlar mahalında 79 yaşlı Makbule Öntaş nəvəsi, 19 yaşlı Onur Kamber Konçak tərəfindən vəhşicəsinə döyülüb. Yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, hadisə şənbə günü saat 01:30-da Yurtsever küçəsində 28 saylı evdə qeydə alınıb. Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma zamanı bəlli olub ki, atasının ölkədən kənarda olması səbəbiylə anası ilə birlikdə nənəsi Makbule Öntaşın evində qalan Onur Kamber Konçak heç bir səbəb olmadan nənəsinə hücum çəkib. Bildirilir ki, anası Onuru əngəlləməyə, onu sakitləşdirməyə çalışsa da buna müvəffəq olmayıb. Belə ki, anasının müdaxiləsinə rəğmən, Onur nənəsinə bir neçə dəfə ağır zərbələr endirib və sonra evdən qaçıb. Yalnız bundan sonra 79 yaşlı qadın təcili yardımla Tepecik Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Lakin buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisin araşdırması zamanı məlum olub ki, Onurun psixi problemləri olub və hadisə baş verdiyi gün o, özündə olmayıb.

Gununsesi.info