Psixoloji xəstə

  • By admin
  • 24 Fevral 2018 22:17
Qarabağ hadisələrinin başlanmasından 30 il, Xocalı faciəsindən isə 26 il keçir. Bu hadisələr başlayan zaman, problemin qarşısının alınması və preventiv tədbirlər görülməsi barədə çox deyilib və yazılıb. O zamankı Azərbaycan, istərsə də, SSRİ rəhbərliyinin bu məsələnin həllində  qətiyyətsiz mövqe sərgiləməsi hələ də çoxlarında sual yaradır.
Hadisələrin başlanma ərəfəsində  Xankəndində Dövlət təhlükəsizlik komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbəri vəzifəsində çalışmış, hazırda istefada olan general-mayor Qriqoriy Septanın xatirələrini təqdim edirik.
 
 Keçmiş SSRİ dövründə  Aərbaycan “KQB”-sinin Qarabağ şöbəsinin rəhbəri, general-mayor Qriqoriy Septa Dağlıq Qarabağ hadisələrinin başlanğıcı, onun “ideoloqları”, erməni separatçılarının  fəaliyyəti , ümumiyytələ, o, dövrdə baş verən hadisələr  haqqında aşağıdakıları qeyd edib.
Gununsesi.info-nun onun  Qarabağ hadisələri ətrafına baş verən proseslərə haqqında açıqlamasının maraqlı olduğunu nəzərə alaraq bu məlumatı təqdim edirik.
Qriqoriy Septa hələ gənc yaşlarında, komsomolçu olduğu zaman  1968-ci ildə Azərbaycan “KQB”-sinə rəhbərlik edən Heydər Əliyev tərəfindən təhlükəsizlik xidməti orqanlarına  gətirilir  və qısa zamanda   burada uğurlar əldə edir.
1983-cü ildə isə Azərbaycanın o zamankı birinci katibi Kamran Bağırovun   sərəncamı ilə  Dağlıq Qarabağ Muxtar Vilayətinin “KQB”-sinin rəisi vəzifəsinə göndərilir və 1988-ci ilədək orada fəaliyyət göstərir.  
Qarabağdakı fəaliyyətini xatırlayan Q.Septa bildirib ki, o zaman Dağlıq Qarabağdakı “KQB”-də cəmi üç digər millətin nümayəndəsi çalışıb – onlardan biri azərbaycanlı, biri rus və biri də belarus  olub. Qalan əməkdaşların hamısı erməni idi. Q.Septa əlavə edib ki,  Dağlıq Qarabağ “KQB”-si eyni zamanda, Laçın və Kələbəcərə də nəzarət edib.O, deyib ki, Xankəndində Vilayətin birinci katibi Boris Gevorkovla  qonşu olublar. Hətta, Gevorkovun arvadı azərbaycanlı xanım olub. Deyib ki, Bakıdan gələn ermənilərlə orada yaşayan ermənilər bir-birindən ciddi fərqlənirdilər. Bakı erməniləri  yerli ermənilərdən fərqli olaraq azərbaycanlılara qarşı loyal yanaşırdılar.
Qarabağ erməniləri Qorbaçovun hakiməyyətə gəlişini toy-bayram kimi qeyd edirdilər
 
“1985-ci ildə Qorbaçov hakimiyyətə gələndə ermənilərin, o cümlədən, Gevorkovun ailəsinin sevincinin həddi-hüdudu yox idi…”
– Qarabağ erməniləri Mixail Qorbaçovun hakimiyyətə gəlməsinə çox seviniblər, hətta, bunu bayram kimi qeyd ediblər ki, nəhayət bütün arzuları  çin olacaq.
Belə bir söhbət B. Gevarkovun ailə üzvləri ilə söhbət zamanı da olub.  Bu sevinci təkcə Qarabağ erməniləri yox, digər yerlərdən olan ermənilər də yaşayıb və seviniblər. 1985-ci ildə M. Qorbaçov hakimiyyətə gələndə B. Gevrokovun  da ailəsinin sevincinin həddi-hüdudu olmayıb. Onlar deyiblər ki, hələ Stalin zamanından Dağlıq Qarabağın  Azərbaycandan alınaraq, Ermənistana birləşdirilməsi məsələsi qaldırılsa da,  bu baş verməyib. Bu istəyi nə Stalin, nə Xruşov, nə də Brejnev reallaşdırıb.
“Ermənilər Raisaya güvənərək…”
Ermənilər  Qorbaçovun arvadı Raisa Qorbaçovanın onlara olan rəğbətinə əsaslanaraq,  Dağlıq Qarabağı Ermənistana birləşdirəcəklərinə inanıblar. Çünki 1985-ci ilədək Qorbaçovlar ABŞ-da olarkən erməni diasporasının nümayəndələri Raisaya  çox bahalı brilyant hədiyyə edib, onunun könlünü ələ ala biliblər. Ona görə ermənilər hesab ediblər ki, onun əli ilə Dağlıq Qarabağ  məsələsini öz xeyirlərinə həll edəcəklər və elə də oldu.
Çünki  Qorbaçovun hakimiyyətə gəlişindən sonra ermənilərin aktivləşməsi və Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana  birləşdirilməsi istiqamətində  açıqcasına apardıqları fəaliyyət bunu sübut edib. Ona görə ki, R. Qorbaçov  bağlı qapılar arxasında onlara hər vasitə ilə dəstək verib.
Gözlənilən təhlükə ilə bağlı Bakı məlumatlandırılıb
Erməni separatizminə qarşı mübarizəsindən danışan Q. Septa deyib ki, “nə zaman ki, bütün hadisələr açıq müstəviyə keçdi, ona qarşı mübarizə aparmaq  artıq gec idi”.
“Baş verə biləcək hadisələrlə bağlı həm Bakını, həm də Moskvanı məlumatlandırmışdım, amma…”
 “Baxmayaraq ki,  baş verə biləcək hadisələrlə bağlı həm Bakını, həm də Moskvanı məlumatlandırmışdım. Bir şeyi deyim ki, hadisələr  qızışdığı ilk dövrlərdə Kamran Bağırov Xankəndiyə gəldi və Vilayət Partiya Bürosunun bütün rəhbər üzvlərini vəzifəsindən azad etdi. Sadəcə, mənə, Gevarkova və İcraiyyə Komitəsinin sədrinə toxunmadı.
Azərbaycan rəhbərliyi mənim hesabatlarımı diqqətə alamdı
 Ancaq nədənsə,  Azərbaycan rəhbərliyi mənim analitik  məlumatlarıma uyğun tam hərəkət etmədi. Bu, mənə qaranlıq qaldı. Hansı ki, mən bu məlumatlarımda bildirirdim ki,  baş verən hadisələrin qarşısının alınması üçün hansı qərarlar qəbul edilməlidir”- deyə, Q. Septa vurğulayıb.
“Demiçev dedi ki, Qarabağdakı iki müsəlman xalq (?) niyə bir-birini qırır…”
Q. Septa daha bir maraqlı məqamı qeyd edir ki, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun  üzvü Pyotr Demiçevin  Xankəndində camat qarşısındakı çıxışı onu özündən çıxarıb və dəhşətə gətirib. Demiçev  çıxışında bildirib ki,  “bu-iki müsəlman xalq (?) olan ermənilər və azərbaycanlılar  nəyi bölüşə bilmir və niyə bir-birini qırır?..”
 
“Psixoloji xəstə” Zori Balayanla görüş…
 
Erməni separatçılarından olan yazıçı Z. Balayanla da görüşünə toxunan Septa deyir ki, görüş üçün İrəvana getməli olub: “Açıq deyim ki,  hadisələrin əsas  “mutilşiki” elə Zori Balayan idi. Onunla  görüşümdə də Balayan  ermənilərin “Dənizdən-dənizə” ideyasından danışırdı və Bakını erməni şəhəri hesab etdiyini söyləyər, “Böyük Ermənistan” xülyasından nəql edərdi.  Onunla görüşdə belə bir qənaətə gəldim ki, bu adam doğrudan da,  psixoloji xəstədir”.
Kəlbəcərlə Laçının da Ermənistana birləşdirilməsi
 
Q. Septa Kəlbəcərlə Laçının da Ermənistana birləşdirilməsi “ideya”sından, onun köklərindən danışıb. O, deyib ki, ermənilər Kəlbəcərdəki qızıl yatağına görə, onu özlərinə birləşdirmək istəyirdilər. Q. Septa deyir ki, əgər Azərbaycan hakimiyyəti zamanında  Dağlıq Qarabağda azərbaycanlı əhalinin sayını artırmaq istiqamətində işlər görsəydi, bəlkə də bu hadisələr baş verməyəcəkdi. Ermənilər isə  Azərbaycandan fərqli olaraq, düşünülmüş formada  digər yerlərdən Dağlıq Qarabağa ermənilər yerləşdirərək, erməni əhalisinin sayının artırılması istiqamətində məqsədyönlü iş aparırdı. 
Heydər Əliyev  ə olsaydı, bu hadisələr olmayacaqdı:
 
Q. Septanın  fikrincə, hadisələrin başlanğıcında mərhum Heydər Əliyev  ya Moskvada, ya da  Azərbaycanda rəhbərlikdə olsaydı, bu hadisələr olmayacaqdı: “Təssüflər olsun ki, Heydər Əliyev  Mixail Qorbaçovun  ciddi nəzarətində altında ev dustağı səviyyəsində yaşayırdı”.Q. Septa həmçinin deyib ki, 1988-ci ildə onu Qarabağdan geri, Bakıya  çağırıblar və Bakıda  7-ci idarənin rəhbəri təyin ediblər. 1990-cu ildə isə  Stavropola gəlib.
“Heydər Əliyev mənim ağsaqqalım olub…”
1990-ci ildən sonra bir dəfə də olsun Azərbaycanda olmadığında təəssüflənən Q. Septa deyib ki,  atası  Naxşıvanda dəfn olunub. Q. Septa Heydər Əliyevi  özünün ağsaqqalı  və müdrik şəxsiyyət  hesab etdiyini də söyləyib.
Hazırladı Mürtəza
Gununsesi.info