PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu

  • By admin
  • 16 Yanvar 2021 09:26

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssisin testi pozitiv çıxıb. Təcrübəli mütəxəssis dərhal karantinə alınıb və müayinəsinə start verilib.

Qeyd edək ki, son günlər PSJ-də müdafiəçilər Kolen Daqba və Tilo Kerer də koronavirusa yoluxub.

Gununsesi.info