Pul oğurlayan tülkü ŞƏHƏRDƏ GƏZƏRKƏN EHTİYYATLI OLUN

  • By admin
  • 28 Mart 2018 16:00

Tülkü gənc oğlanın  gözü qarşısında pul kisəsini oğurlayaraq qaçdı

 Tülkünün hiyləgərliyi və onun necə toyuq-cücə oğrusu olduğu barədə hamı məlumatlıdır. Ancaq tülkünün insanların ciblərindəki və pul kisəsini oğurlaması  faktı isə heç zaman rast gəlinməyən hadisədir.

Gununsesi.info xəbər verir ki,  müasir dövrdə tülkülər, xüsusən də əgər o şəhərdə peyda olubsa, deməli insanlar təkcə əlindəki qida zənbillərindən deyil, eyni zaman da ciblərindən də diqqətli olmalıdır.- Xüsusən də pul kisələrindən.. Yoxsa  insanların  diqqətsizliyi onlara  çox baha başa gələ bilər. Xarici ölkələrdən birində şəhərdə peyda olan tülkü bir kişinin pul kisəsini oğurladığı kimi… Hiyləgər və həyasız tülkü gənc bir insanın pul kisəsini  sənədləri ilə birlikdə (portmanat) gözü qarşısında oğurlayaraq qaçır.  Ehtiyatsızlıq gəncə çox baha başa gəlir və nəticədə o şəhər küçələrində tülükünün arxasında qaçmalı olur.

Gununsesi.info