Müğənni Nadir Qafarzadə əsgərlik xatirəsini bölüşüb.
Axşam.az-ın məlumatına görə, ifaçı “Xəzər Maqazin”ə açıqlamasında hərbi xidmətdə olarkən 3 ay valideynlərindən xəbərsiz qaldığını deyib:
“İlk məktubumu çox gec aldım. Fikirləşdim ki, məni evdə artıq unudublar. 3 ay məktub almadım. Komandirimə dedim, ola bilsin burda qaldım, məni evdə unudublar. 3 ay sonra ilk məktubu aldım, onu təsəvvür etmək mümkün deyil. Kağızı qoxuuladım, mənə bir söz desələr partlayacaqdım. Əllərim əsə-əsə məktubu açdım, hər sətri oxuyanda dişimlə qopardıb yeyirdim. Bu həsrət idi – ana həsrəti, bacı həsrəti, doğmalarımın həsrəti”.
Nadir ona borclu olan dostlarının bostanına daş atıb:
“9 yaşımdan mahnılar oxuyurdum. Sovet dövründə hər kişinin qazanmadığı pulu gətirirdim evə – 120 rubl. Mən pulu o dərəcədə xərcləmirəm ki, sonra gedib kimdənsə borc alım. Nə borc almağı, nə də borc vevməyi sevirəm. Əziyyətlə qazandığım pulu sizə verdim ki, qaytarmayasanız? Mən o pulu halallıqla qazanmışam. Elə edin ki, onun halallığını sizə verim. Özü də çoxları dostlarımdır, qoy eşitsinlər”.
Gununsesi.info