Putin Ərdoğanın dəvəti ilə Türkiyəyə GEDƏCƏK

  • By admin
  • 27 Yanvar 2022 13:25

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə başçısının iş qrafiki uyğun olan kimi, Putin Türkiyəyə səfər edəcək”, – Peskov bildirib.

O qeyd edib ki, iki prezidentin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın və ikitərəfli münasibətlərin ali orqanının keçirilməsində müəyyən fasilə yaranıb. Ərdoğan bütün bu tədbirləri Türkiyədə keçirməyə hazır olduğunu bildirib. Prezident Putin dəvəti minnətdarlıqla qəbul edib. Onlar razılaşıblar ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi, mütləq bu dəvətdən yararlanacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bir neçə gün əvvəl həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.

Gununsesi.info