Putin: “Demək olar ki, Suriyanın bütöv ərazisi terrorçulardan azad edilib”

  • By admin
  • 04 Dekabr 2017 22:48


Demək olar ki, Suriyanın bütöv ərazisi terrorçulardan azad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin dini nümayəndələrlə görüşündə bəyan edib.

“Xristianların tarixi yaşayış yerləri də daxil olmaqla, demək olar ki, Suriyanın bütöv ərazisi terrorçulardan azad edilib”, deyə V.Putin qeyd edib.

Putin bildirib ki, Rusiya Suriya ərazisində müsəlman və yəhudilərin müqəddəs yerlərinin bərpasında yerli hökumətə yardım edəcək.

Gununsesi.info