Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, Krımın qaytarılması heç bir şəraitdə mümkün deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Andrey Konraşovun telefilmi üçün hazırlanan müsahibəsində deyib.
“Nə danışırsınız? Dəli olmusunuz? Belə bir şərait (Krımın qaytarılması – red) yoxdur və heç vaxt da olmayacaq”, – deyə dövlət başçısı belə bir şəraitin yaranıb-yaranmayacağı barədə suala cavabında deyib.
Telefilm sosial şəbəkələrdə yayılıb.
Gununsesi.info