Putin 2018-ci ildə də namizəd olacaq

  • By admin
  • 04 Avqust 2017 15:00

putin1
“2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı fikirləşərəm”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin belə deyib.

Belə ki, Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakininin “Rica edirik, yenə prezident seçkilərinə qatılın” xahişinə V.Putin “Yaxşı, bu barədə fikirləşərəm. Təşəkkür edirəm”, – deyə belə cavab verib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət öncə mətbuata açıqlam verərək Vladimir Putinin namizədlik məsələsinin Kremlin gündəmində olmadığını bəyan etmişdir.

Bundan başqa ABŞ-lı rejissor Oliver Stone Vladimir Putinlə söhbətlərinə əsasən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirməmişdir.

Anar
Gununsesi.info