Rusiyanın müxtəlif etnik qrupları arasında olan harmoniyanı saxlamaq çox böyük əhəmiyyət daşıyır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Daha öncə bir neçə dəfə qeyd etdiyim kimi, milli kimlik və ənənələrimizlə bağlı hər şey çox həssas bir sahəni təşkil edir. Bu məsələdə diqqətli və ağıllı hərəkət etməliyik”, – Putin vurğulayıb.
Keçmişdə bu sahədə son dərəcə mühüm və müsbət təcrübə qazandıqlarını da xatırladan Putin vəzifələrinin cəmiyyətdə yaranan bu harmoniyanı qorumaq olduğunu vurğulayıb.
Gununsesi.info