Putin: "Trampın işini qiymətləndirmək..."

  • By admin
  • 27 İyul 2017 19:00

putin
ABŞ Prezidenti Donald Trampın işini qiymətləndirmək Rusiyanın işi deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Finlandiya səfəri çərçivəsində Putin Trampın prezident seçilməsinin ona necə təsir etməsi barədə suala belə cavab verib: “Trampın son dərəcə yüksək səviyyəli vəzifədəki fəaliyyətini qiymətləndirmək bizim işimiz deyil”.

Putin Rusiya-ABŞ münasibətlərinin gələcəkdə möhkəmlənməsinə və miqyasının genişlənməsinə ümid etdiklərini bildirib.
Gununsesi.info