Putin: "Trampla görüşün baş tutmamasının günahkarları cəzalandırılacaq"

  • By admin
  • 11 Noyabr 2017 19:36


Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla protokolda ayrıca görüşün razılaşdırılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
“Report” xəbər verir ki, Rusiya lideri Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqların baş tutmamasında günahkar olanların cəzalandırılacağını bildirib.
APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqlayıb. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb.

Gununsesi.info