Putin futbolçuları təbrik etdi

  • By admin
  • 20 İyun 2018 19:17

Putin futbolçuları təbrik etdi

Rusiya dövlət başçısı Vladimir Putin dünya çempionatının qrup mərhələsində iki qələbə qazanmış ölkənin yığma komandasını təbrik edib.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, bu gün hökümət üzvləri ilə görüşdə bu barədə açıqlama verib.

Putin komandaya uğurlar arzu edib: “Futbolçularımızı təbrik edirəm. Gələcək oyunlarda onlara zəfərlər arzulayıram”.

Qeyd edək ki, Rusiya milli komandası DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistana 5:0, Misirə 3:1 hesabı ilə qalib gəlib.