Putin İlham Əliyevi təbrik etdi

  • By admin
  • 08 May 2020 18:44

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə ölkə başçısı İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya dövlət başçısı təbrik məktubunda cəsarətləri və arxa cəbhədə fədakar əməyi ilə ortaq böyük sərvətimizə çevrilən nasizm üzərində qələbəyə yardım edən qəhrəmanların xatirəsinin ölkələrimizdə ehtiramla yad edildiyini bildirib:

“İndiki nəsillərin müqəddəs vəzifəsi saysız-hesabsız qurbanlar və məhrumiyyətlər bahasına öz doğma torpaqlarının azadlığını qoruyanların xatirəsini əbədi qorumaq, əziz veteranlarımızı diqqət və qayğı ilə əhatə etməkdir”.

Putin Böyük Vətən müharibəsinin nəticələrini yenidən yazmaq, faşistlərin və onların silahdaşlarının törətdikləri qeyri-insani cinayətləri ört-basdır etmək üçün edilən bütün cəhdlərə qətiyyətlə müqavimət göstərmək lazım olduğunu xatırladıb.

Gununsesi.org