Putin İlham Əliyevlə Soçi razılaşmasının icrasını MÜZAKİRƏ ETDİ

  • By admin
  • 22 Noyabr 2022 21:24

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev telefonla Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi üçün üçtərəfli formatda işi müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Dövlət başçıları oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə əldə edilmiş razılaşmaların icrasını nəzərdən keçiriblər.

Rusiya və Azərbaycan liderləri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını və ölkələr arasında enerji sektorunda gələcək əməkdaşlığı da müzakirə ediblər.

Xatırladaq ki, noyabrın 17-də ölkə başçıları arasında telefon danışığı da olub. Onlar ticarət və enerji sahəsində Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər.

Gununsesi.info