Putin Makrona Ukrayna ilə bağlı əsas şərtini açıqlayıb

  • By admin
  • 06 Mart 2022 19:21

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynada xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, bu, Kremlin görüşlə bağlı yaydığı məlumatda əksini tapıb.

Qeyd edilib ki, Rusiya və Fransa prezidentləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

 

 

Gununsesi.info