Putin rüşvətə görə tutulan naziri istefaya göndərdi

  • By admin
  • 15 Noyabr 2016 23:26

tass_5416929-pic700-700x467-54386

 

Moskvanın Basman Rayon Məhkəməsi 2 milyon dollar rüşvət alarkən saxlanılan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev haqqında ev həbsi qərarı verib.

Gununsesi.info-nun “Ria novosti”yə istinadən verdiyi məlumata görə, o, 2017-ci il yanvarın 15-nə qədər həbsdə qalacaq.

Məhkəmə həmçinin, Ulyukayevin gəzintiyə çıxmağına da qadağa qoyub.

Rusiya prezidenti Vladimir Putin isə A. Ulyukayevi iqtisadi inkişaf naziri postundan istefaya göndərib. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

İqtisadi inkişaf nazirinin müavini Yevgeniy Yelin müvəqqəti olaraq Ulyukayevin səlahiyyətlərini icra edəcək.

 

Gununsesi.info