Putin Səudiyyə Ərəbistanının kralı ilə OPEC+ anlaşmasının uzadılmasını müzakirə edəcək

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 16:04

putin

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Səudla OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu barədə V.Putin Rusiya energetika həftəsində bildirib.

“Əsas müttəfiqlərimizlə, o cümlədən OPEC və digər əsas neft hasilatçıları ilə təmasdayıq. S.Ərəbistanının kralını qəbul etmək şərəfi əldə edəcəyik. OPEC+ anlaşmasının uzadılmasını onunla da müzakirə edəcəyik”, – deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Prezident anlaşmanın uzadılmasının mümkünlüyünü bildirib və qeyd edib ki, cari anlaşma bitdiyi zaman, yəni 2018-ci ilin mart ayının sonunda neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır.

“Anlaşmanı uzatmaq qərarı aldıqda, onun müddətini də danışarıq. Mümkün variantlara gəlincə, bu ən azı 2018-ci ilin sonudur”, – deyə prezident əlavə edib.

Gununsesi.info